AL: "Qarabağ" 3-cü mərhələdə bu komandalardan biri ilə qarşılaşacaq - Dəqiqləşdi

AL: "Qarabağ" 3-cü mərhələdə bu komandalardan biri ilə qarşılaşacaq - Dəqiqləşdi

Avrokuboklarda 2026/27 mövsümünün 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir. 

Fanat.Az xəbər verir ki, ölkəmizi UEFA Avropa Liqasında təmsil edən "Qarabağ" da növbəti potensial rəqibini tanıyıb. 

Beləliklə, "Qarabağ" 3-cü mərhələyə adlasa, "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.

"Köhlənlər" 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri" kollektivini hər iki oyunda 3:0 yenib. Qurban Qurbanovun komandası 2-ci mərhələdə Bolqarıstan çempionu ÇSKA ilə qarşılaşacaq.

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları avqustun 6-sı və 13-də keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər