Afrika Millətlər Kuboku: Qana qələbə görmədi, "Neftçi"nin legioneri isə...

Afrika Millətlər Kuboku: Qana qələbə görmədi, "Neftçi"nin legioneri isə...

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turunun növbəti oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, bu gün dörd matç baş tutub.

B qrupunda Seneqal və Qvineya milliləri üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə yekunlaşıb. “Neftçi”nin qvineyalı yarımmüdafiəçisi Mamadu Kane sonadək ehtiyatda qalıb. Qrupun digər qarşılaşmasında Malavi Zimbabveni məğlubiyyətə uğradıb.

C qrupunda Mərakeş seçməsi Komor adalarını üstələyib. Qabon və Qana yığmalarının oyununda isə qollu heç-heçə qeydə alınıb.   Afrika Millətlər Kuboku 14 yanvar   B qrupu   Seneqal – Qvineya 0:0   Malavi – Zimbabve 2:1 Qollar: Manqo, 43; 58 – Vadi, 38.   Xal durumu: Seneqal – 4, Qvineya – 4, Malavi – 3, Zimbabve – 0.   C qrupu   Mərakeş – Komor adaları 2:0 Qollar: Amallah 16. Abuklal, 89.   Qabon – Qana 1:1 Qollar: Allevinah, 88 – Ayyu, 18.   Xal durumu: Mərakeş – 6, Qabon  - 4, Qana – 1, Komor adaları – 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər