Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki qrupda mübarizəyə yekun vurulub. B qrupunda Seneqal yığması Malavi ilə qolsuz heç-heçə edib. Lakin bu, seneqallıların qrup birincisi olmasına problem yaratmayıb. Qvineya isə Zimbabveyə uduzub. “Neftçi”nin qvineyalı yarımmüdafiəçisi Mamadu Kane start "11-lik"də yer alıb və sonadək mübarizə aparıb. 90+3-cü dəqiqədə sarı vərəqə ilə cəzalanan yarımmüdafiəçi komanda yoldaşı Nəbi Keytanın vurduğu yeganə qolun məhsuldar ötürməsini verib. Kanenin formasını geyindiyi milli uduzsa da, qrup ikincisi kimi pley-offa yüksəlib. C qrupunda bol qollu Qabon – Mərakeş qarşılaşmasında tərəflər xalları yarı bölüb. Qana isə Komor adalarına uduzaraq turnirlə vidalaşıb. Mərakeş və Qabon yığmaları növbəti mərhələyə yüksəlib. Afrika Millətlər Kuboku 18 yanvar B qrupu Malavi – Seneqal 0:0 Zimbabve – Qvineya 2:1 Qollar: Musona, 26. Mahaçi, 43 – Keyta, 49. Xal durumu: Seneqal – 5, Qvineya – 4, Malavi – 4, Zimbabve – 3. C qrupu Qabon – Mərakeş 2:2 Qollar: Allevinah, 21. Aquer, 81-öz qapısına – Bufal, 74-pen. Hakimi, 84. Qana – Komor adaları 2:3 Qollar: Boakye, 64. Djiku, 77 – Ben, 4. Moqni, 62; 85. Xal durumu: Mərakeş – 7, Qabon – 5, Komor adaları – 3, Qana – 1.