Abubakar tarixi rekordu yeniləyə biləcəkmi?

Abubakar tarixi rekordu yeniləyə biləcəkmi?

"Beşiktaş"ın forvardı Vensan Abubakar tarixi rekorda imza atmağa yaxındır.

Fanat.Az "Beinsports"a  istinadən xəbər verir ki, kamerunlu hücumçu komandasının çıxış etdiyi Konfrans Liqasında daha bir dəfə fərlənəcəyi halda, İstanbul təmsilçisinin avrokuboklarda ən çox qol vuran sabiq oyunçusu Oktay Derelioğluna çatacaq.

Derelioğlu ağ-qara forma ilə gitəmiqyaslı yarışlarda 14 qola imza atıbsa, Abubakar 13 dəfə rəqib qapılarına yol tapıb.

Bu isə o deməkdir ki, afrikalı ön xətt oyunçusu Oktayı geridə qoymaq üçün real imkanlara sahibdir.

Nahid Məmmədov

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər