Azərbaycan Basketbol Liqasında 5-ci turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, dörd günü əhatə edəcək turun üçüncü günündə daha iki qarşılaşma baş tutacaq.
Hər iki görüş Bakı İdman Sarayında olacaq.
Əvvəlcə B qrupunda yer alan "Naxçıvan" ilə "Quba" münasibətlərinə aydınlıq gətirəcəklər. İki-üçüncü yerlərdə qərarlaşan komandaların görüşü saat 14:00-da başlayacaq.
Bu duelin ardından A qrupunun autsayderləri NTD ilə "Neftçi" üz-üzə gələcəklər.
Qeyd edək ki, turun açılış oyununda "Ordu" "Lənkəran"ı səfərdə 91:76 hesabı ilə üstələyib. Dünən keçirilən görüşlərdə isə "Şəki" "Gəncə"ni 84:70, "Sumqayıt" isə "Sərhədçi"ni 84:80 hesabı ilə üstələyib.
Azərbaycan Basketbol Liqası 5-ci tur 1 noyabr
14:00. "Naxçıvan" - "Quba" Bakı. İdman Sarayı.
18:00. NTD - "Neftçi" Bakı. İdman Sarayı.
Turun sabah bir oyunla yekun vurulacaq:
2 noyabr
18:00. "Abşeron Lions" - "Sabah" Bakı. İdman Sarayı.
A qrupu
1. Sabah 4 4 0 +117 8 2. Abşeron Lions 4 4 0 +36 8 3. Şəki 5 2 3 -33 7 4. Gəncə 4 1 3 -30 5 5. Neftçi 3 1 2 +8 4 6. NTD 4 0 4 -98 4
B qrupu
1. Ordu 5 5 0 +100 10 2. Naxçıvan 4 3 1 +20 7 3. Lənkəran 5 2 3 -12 7 4. Quba 4 2 2 -11 6 5. Sərhədçi 5 1 4 -31 6 6. Sumqayıt 5 1 4 -66 6