37 yaşlı hücumçu Messinin rekordunu təkrarladı

37 yaşlı hücumçu Messinin rekordunu təkrarladı
İspaniyanın "Atletik" klubunun futbolçusu Arits Aduris La Liqada ardıcıl olaraq 14-cü mövsümdə qol vurub.
Fanat.Az xəbər verir ki, 37 yaşlı hücumçu XV turun "Jirona"ya evdə 1:0 hesabı ilə qalib gəldikləri matçda buna nail olub. Bununla da, təcrübəli forvard "Barselona"dan Lionel Messi və "Real"dən Serxio Ramosun rekordunu təkrarlayıb.
Qeyd edək ki, Aduris "Atletik"lə yanaşı "Valyadolid", "Malyorka" və "Valensiya"da çıxış edib. O, İspaniya çempionatında 419 oyun keçirib və 156 qol vurub. Forvard İspaniya çempionatında ilk qolunu 2006-cı ildə hazırkı klubunun heyətində "Real Sosyedad"la matçda (3:3) vurub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər