37 illik dünya rekordu qırıldı

37 illik dünya rekordu qırıldı

Ukraynalı atlet Yaroslava Maquçix qadınlar arasında hündürlüyə tullanma üzrə 37 illik dünya rekordunu qırıb. 

Fanat.Az xəbər verir ki, 22 yaşlı idmançı "Brilyant Liqa" yarışlarının Paris mərhələsində 2,10 m hündürlüyün öhdəsindən gələrək buna nail olub. 

Əvvəlki rekordun sahibi bolqar Stefka Kostadinova idi. O, 1987-ci ildə İtaliyanın paytaxtı Romada keçirilmiş dünya çempionatında 2,09 m göstəriciyə imza atmışdı.

37 illik dünya rekordu qırıldı Tokio Olimpiadasında bürünc medal qazanmış Yaroslava Maquçix dünya və ikiqat Avropa çempionudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər