27 ilin rekordu

27 ilin rekordu

“Qarabağ” Misli Premyer Liqasının XXXV turunda “Turan Tovuz”u 4:3 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, bununla da mövsümdəki qol sayını 95-ə çatdıran Qurban Qurbanovun yetirmələri klub tarixinin mütləq rekorduna imza atıb. 

Ağdam təmsilçisi ölkə çempionatlarının son 27 ilinin ən yüksək göstəricisinə nail olub. 1997-ci ildən sonra heç bir komanda mövsümdə bu qədər qola sevinməyib. Sonuncu dəfə daha yüksək məhsuldarlığa 1996/97 mövsümündə 98 qol vuran “Neftçi” imza atıb.

Ümumilikdə isə “Qarabağ” yarışın tarixində 4-cü nəticəyə imza atıb. 27 il əvvəlki göstəricidən başqa, “Neftçi” (104) və Sumqayıt “Xəzər”i (100) 1992-ci ildə daha çox qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər