"Neftçi"dən dördüncü transfer - RƏSMİ

"Neftçi"dən dördüncü transfer - RƏSMİ
Son Azərbaycan çempionu "Neftçi" heyətini yeni futbolçuyla gücləndirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, bakılılar 26 yaşlı fransalı futbolçu Roman Baskla 2 illik müqavilə bağlayıb.
Bask "14" nömrəli formanı geyinəcək.
 
Romen Bask Fransanın "Keviyi Ruan” (2014-2018) və "Havr” (2018-2021) klublarında çıxış edib. O, Liqa 2-dəki son mövsümündə "Havr”ın heyətində 31 oyun keçirib, 3 qol vurub.
 
Qeyd edək ki, "Neftçi” bundan öncə Sezar Meza Kolli, Harramiz Suareş və Xəyal Nəcəfovu transfer etmişdi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər