"Mançester Yunayted"in yeni baş məşqçisi Qunnar Sulşer "Napoli"dən Xalidu Kulibalinin transferini istəyib.
Fanat.Az xəbər verir ki, İngiltərə klubunun bundan əvvəl bu futbolçu üçün 95 milyon funt-sterlinqlik təklifi italyanlar tərəfindən rəd edilmişdi. "Qırmızı-şeytanlar" yenidən "Napoli"yə müraciət etməyə hazırlaşır.
Bu keçid reallaşsa, "Mançester Yunayted" klub tarixinin transfer rekordunu qıracaq.
Fanat.Az