“Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

“Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi”nin daha bir rəqibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, paytaxt klubu Özbəkistan təmsilçisi “Nasaf”la üz-üzə gələcək.

 

Bu komandalar arasında oyun yanvarın 11-də baş tutacaq. "Bellis Deluxe” otelinin meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Neftçi” hazırlıq çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Türkiyənin "Sivasspor” klubu (0:0) ilə qarşılaşmışdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər