Əvəzedici heyətlərin çempionatında XI turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, 4 qarşılaşma 3 gündə baş tutub.
İlk oyun günündə bir matç keçrilib. Günün oyununda "Kəpəz" "Sumqayıt"ı 3:0 hesabı ilə darmadağın edib.
İkinci oyun günündə iki qarşılaşma baş tutub. "Qəbələ" səfərdə AZAL-ı 6:2 hesabı ilə yenib. "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib - 1:1.
Tura bu gün keçrilən "Neftçi" - "İnter" oyunu ilə yekun vurulub. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Əvəzedici heyətlər
2016/17 mövsümü
II dövrə, XI tur
4 noyabr
Kəpəz - Sumqayıt 3:0
Qollar: Yusif Cəfərov, 66. Sahib Cümşüdov, 72 (avtoqol). Məhəmməd Axundov, 90+3.
5 noyabr
AZAL - Qəbələ 2:6
Qollar: Renat Aşurov, 70; 90 - Ülvi İsgəndərov, 18. Rövlan Muradov, 53. Ehtiram Şahverdiyev, 61; 69. Ramil Hasanov, 75. Elvin Həsənov, 88.
Zirə - Qarabağ 1:1
Qollar: Kamran Nəsirov, 47 - İlkin Muradov, 60.
6 noyabr
Neftçi - İnter 0:1
Qol: Sərtan Taşkın, 60.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qarabağ | 11 | 7 | 2 | 2 | 23:11 | 23 | |
| 2 | Neftçi | 11 | 6 | 1 | 4 | 14:12 | 19 | |
| 3 | Qəbələ | 10 | 5 | 2 | 3 | 21:11 | 17 | |
| 4 | İnter | 11 | 5 | 2 | 4 | 9:8 | 17 | |
| 5 | Zirə | 11 | 4 | 4 | 3 | 13:10 | 16 | |
| 6 | Kəpəz | 11 | 3 | 4 | 4 | 11:12 | 13 | |
| 7 | Sumqayıt | 10 | 3 | 1 | 6 | 9:21 | 10 | |
| 8 | AZAL | 11 | 2 | 0 | 9 | 13:28 | 6 | |
| Bombardirlər | Şahin Əliyev (Qarabağ) - 7. | |||||||
Fanat.Az