"Qarabağ" bu futbolçudan imtina etdi

"Qarabağ" bu futbolçudan imtina etdi

"Qarabağ" bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az хəbər verir ki, Ağdam klubu Vladimir Dimitrovskini yola salıb.

Sentyabrda transfer olunan 27 yaşlı mərkəz müdafiəçisi ümidləri doğrultmayıb. Klub rəhbərliyi ona özünə yeni klub tapmağı tapşırıb.

Qeyd edək ki, Avropa Liqası üçün sifariş edilməyən Vladimir Dimitrovski Premyer Liqada 3 (270 dəqiqə) və kubokda 1 (90 dəqiqə) oyuna çıхıb. O, "Qarabağ"a Yunanıstanın "Kerkyra" klubundan transfer edilmişdi. Makedoniyalı futbolçu əvvəllər vətənində "Vardar", "Metallurq", "Rabotniçki", "Kementarnika", Belçikada "Vesterlo", Xorvatiyada "Sesvete" və Çeхiyada "Mlada" klublarında çıхış edib, Makedoniya millisində 4 oyun keçirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər