"Neftçi"də yeni məşqçi

"Neftçi"də yeni məşqçi

"Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin köməkçisi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Novruz Əzimov əsas komandanın məşqçisi vəzifəsinə təyin olunub.

1982, 1985-1989 və 1991-1992-ci illərdə "Neftçi”nin heyətində 146 oyun keçirib, 5 qol vurmuş Əzimov Azərbaycan çempionudu (1992). "Kəpəz” və AZAL klublarında məşqçi kimi çalışmış mütəxəssis "Bakı”nın baş məşqçisi, məşqçisi və idman direktoru vəzifələrini yerinə yetirib. Baş məşqçi kimi Azərbaycan kubokunun qalibi olub (2011/2012).

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər