"Zenit"in yetirməsi "Turan Tovuz"da

"Zenit"in yetirməsi "Turan Tovuz"da

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" heyətinə daha bir futbolçu qatıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tovuzlular Rusiya "Zenit"inin yetirməsi olan Ayxan Hüseynovu transfer edib.

23 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rusiyada "Ural-2", "Leninqradets" və "Nijni Novqorod" komandalarının da formasını geyinmiş forvard 2014-cü ildə Azərbaycanın U-16 yığmasına da dəvət alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər