"Yuventus" və "Mançester Siti" onun uğrunda mübarizə aparır

"Yuventus" və "Mançester Siti" onun uğrunda mübarizə aparır
"Vulverhempton"un vinqeri Adama Traore mövsümün sonunda komandadan ayrıla bilər.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "Mançester Siti" və "Yuventus" Traore uğrunda mübarizə aparırlar. Sözügedən klubların "Barselona"nı qabaqladığı bildirilir.
"Vulverhempton" Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə 24 yaşlı futbolçu komandada qalacaq. Əks halda, Traorenin "canavarlar"la yolları ayıracağı gözlənilir.
Cari mövsümdə 47 matçda meydana çıxan ispan oyunçunun aktivində 6 qol, 9 məhsuldar ötürmə var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər