"Yuventus" "Napoli"nin hücumçusuna 5 illik müqavilə təklif edib

"Yuventus" "Napoli"nin hücumçusuna 5 illik müqavilə təklif edib
"Napoli"nin hücumçusu Arkadiuş Milik karyerasını "Yuventus"da davam etdirə bilər.
Fanat.Az jurnalist Nikolo Skiranın "Twitter" hesabına istinadən xəbər verir ki, Milik "Yuventus"a keçmək istəyir. Turin klubu 26 yaşlı futbolçuya 5 illik müqavilə təklif edib. Razılıq əldə olunacağı təqdirdə Milik ilinə 5 milyon avro məvacib alacaq.
Polşalı oyunçunun "Napoli" ilə müqaviləsi 2021-ci ilin iyun ayında başa çatacaq. Onun yaxın günlərdə menecerini dəyişəcəyi və Fali Ramadani ilə əməkdaşlığa başlayacağı gözlənilir.
Cari mövsümdə A Seriyasında 23 matçda meydana çıxan Milik 10 qolla yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər