Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

"Real Madrid"in prezidentliyinə namizəd Enrike Rikelmenin seçki vədləri çərçivəsində verdiyi rəsmi bəyanata qarşı tərəfdən kəskin etiraz gəlib.

Fanat.Az xəbər verir ki, Rikelme seçkini qazanacağı təqdirdə idman direktoru Raul vasitəsilə Yurgen Kloppu komandanın başına gətirəcəyini vəd etmişdi.

Almaniyalı mütəxəssisin meneceri Mark Kosike isə bu şayiələri dərhal və qəti şəkildə yalanlayan rəsmi açıqlama yayıb.

Menecer bu iddiaların çox narahatlıq verici olduğunu bildirərək, Yurgen Kloppun "Red Bull" şirkətindəki qlobal rolundan tamamilə məmnun olduğunu və hazırda hər hansı bir klubu çalışdırmaq arzusunun olmadığını vurğulayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər