Yüksək Liqa: "Araz-Naxçıvan"ı büdrətdilər

Yüksək Liqa: "Araz-Naxçıvan"ı büdrətdilər

Bu gün futzal üzrə Yüksək Liqada 13-cü turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, turun bütün oyunları Bakı İdman Sarayında baş tutub.

Turun açılış matçında EKOL ilə “Alyans” (Lənkəran) üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyunda liderin əsas izləyicisi inamlı qələbəyə sevinib.

Bu turda U-19 ilə qarşılaşan “Neftçi” də turu inamlı qələbə ilə başa vurub. “Xilə” isə “Record”la oyunda darmadağına üzülüb.

Turun qapanış matçı lider “Araz - Naxçıvan"la “Baku Fire” arasında baş tutub. Altı qolun qeydə alındığı bu oyunda Naxçıvan təmsilçisi ilk xal itkisi ilə üzləşib.   Yüksək Liqa XIII tur 24 fevral   EKOL – Alyans (Lənkəran) 4:1 Qollar: Əsgər Abasov, 1:59. Mehdi Rəsulov, 6:01. Rüstəm Bağırov, 13:54. Namiq Məmmədkərimov, 24:26 - Farzad Sedighi, 21:11. Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Nahid Xasıyev. Hakim-inspektor: Azad Hüseynov. Bakı İdman Sarayı. Saat 12:00.   U-19 – Neftçi İK 2:5 Qollar: Nurlan Məmmədov, 8:00. Fariz Mehrəliyev, 33:11 - Hasan Ali Jafari, 2:04; 6:11. Vahid Xocayev, 14:04. Oruc Baxşəlizadə, 15:17. Omid Talebi, 39:15. Hakimlər: Ziya Nəsirov, Ceyhun Hüseynov, Elgün Hüseynov. Hakim-inspektor: Mehman Mahmudov. Bakı İdman Sarayı. Saat 14:15   Xilə – Record 2:15 Qollar: Tural Lətifov, 14:22. İmran Məhərrəmov, 39:22 - Sərxan Məstiyev, 0:53. Matin Qahremani, 4:58; 8:09; 13:21; 13:39; 15:56; 31:46; 35:31; 37:50. Amin Daghestani, 5:24; 9:27. Hosseini Hotkani Seyedreza, 11:15; 31:30. Mehdi Karimihachehsoo, 39:06. İmran Məhərrəmov, 39:30-öz qapısına. Hakimlər: Anar Fərəcov, Mahir Məmmədov, Hüseyn Əsgərov. Hakim-inspektor: Elçin Səmədli. Bakı İdman Sarayı. Saat 16:15.   Araz - Naxçıvan - Baku Fire 3:3 Qollar: Maneka, 11:18; 19:20. Felipinyo, 14:36 - Murad Quluzadə, 2:45. Elvin Quliyev, 5:39. Tofiq Əliyev, 16:36. Hakimlər: Nail Nağıyev, Rza Məmmədov, Vüsal Balaşov. Hakim-inspektor: Murad Məmmədov. Bakı İdman Sarayı. Saat 18:15.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər