Bu gün futzal üzrə Yüksək Liqada XVI turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, turun görüşləri Bakı İdman Sarayında təşkil olunub.
Turun açılış matçı “Alyans”la “Record” arasında baş tutub. 8 qolluq qarşılaşma “Record”un qələbəsiylə yekunlaşıb.
Mərkəzi oyunda lider “Araz-Naxçıvan”la əsas rəqiblərindən biri “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. Naxçıvan təmsilçisi bu oyundan da qalib ayrılıb.
EKOL isə bu turda U-19-la görüşdə 5 cavabsız qola sevinib.
Turun son matçı “Baku Fire” isə “Xilə” ilə arasında keçirilməli idi. Lakin “Xilə” təyin olunmuş vaxtda meydana çıxmayıb. Oyunun nəticəsi barədə İntizam Komitəsi qərar verəcək. Yüksək Liqa XVI tur 11 mart Alyans (Lənkəran) – Record 1:7 Qollar: Sajjad Amirteimour, 9:55 - Hossein Hotkani Seyedreza, 3:57; 30:17; 33:04. Matin Qahremani, 6:56; 37:11. Sərxan Məstiyev, 12:30; 15:46. Hakimlər: Hacıəli Ağayev, Elgün Hüseynov, Ziya Nəsirov Hakim-inspektor: Füzuli Nəcəfov Bakı İdman Sarayı. Saat 12:00. Araz-Naxçıvan – Neftçi İK 4:1 Qollar: Hasan Ali Jafari, 5:01-öz qapısına. Maneka, 6:03; 37:21. Ramiz Çovdarov, 35:45 - Hasan Ali Jafari, 16:15. Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Ceyhun Hüseynov Hakim-inspektor: Azər Əsgərov Bakı İdman Sarayı. Saat 14:15. EKOL – U-19 5:0 Qollar: Tofiq Mikayılov, 11:47; 27:23. Faiq Əliyev, 18:13. Rüstəm Bağırov, 25:33. Orxan Həsənəliyev, 29:10. Hakimlər: Knyaz Əmiraslanov, Mahir Məmmədov, Vüsal Balaşov Hakim-inspektor: Mehman Mahmudov Bakı İdman Sarayı. Saat 16:15. Baku Fire - Xilə Hakimlər: Xəlil Xəlilov, Hüseyn Əsgərov, Anar Fərəcov Hakim-inspektor: Azad Hüseynov Bakı İdman Sarayı. Saat 18:00. Xal durumu: Araz – 46, EKOL – 36, Neftçi – 31, Baku Fire – 28, Record – 15, U-19 – 13, Alyans – 12, Xilə – 6.