“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı davam edir. Fanat.az xəbər verir ki, Kössen qəsəbəsində məskunlaşan komandanın çalışması yerli vaxtla 19.00-da baş tutub.
Avstriya-Almaniya sərhəddində yağışlı hava şəraiti hökm sürdüyü üçün “ağdamlılar” səhər yenə də fitnes zalında məşqlə kifayətlənib.
Bu gün “Qarabağ”ın yay transfer “pəncərə”sindəki ilk əcnəbi transferi Alharbi Jadeyaoui də səhər saatlarında komandanın düşərgəsinə qoşulub.
Axşam çalışmasında əlcəzair əsilli fransızın da iştirak etdiyi 90 dəqiqəyə yaxın davam edən məşq daha çox fiziki yüklənməyə əsaslanıb.
Fanat.az