Antalyada təlim-məşq toplalanışında olan "Qarabağ" bu gün ikinci yoxlama matçını keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov yetirmələrini bu dəfə macarlarla oyunda sınayıb.
Belə ki, "Qarabağ"ın rəqibi Macarıstanın "Diosqyori" klubu olub. Oyun təmsilçimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"a qələbə qazandıran qollardan ikisinə yeni transferlər Muarem Muarem və Rahid Əmirquliyev imza atıb. Digər iki qolu isə rəqib qapısından Maksim Medvedevlə Bədavi Hüseynov keçirib.
Macarıstanın eyniadlı şəhərini təmsil edən komanda qədim tarixi ilə öyünə bilər. 105 yaşlı kollektivin uğurları isə yaşı ilə tərs mütnasibdi. Belə ki, əsası 1910-cu ildə qoyulmuş komandanın ən böyük uğuru 1977/78 mövsümündə qazandığı bürünc medaldı. 2014/15 mövsümündə Avroliqada çıxış etmiş kollektivin yeganə uğuru 3-cü mərhələyə yüksəlməkdi. Macarıstan birinciliyində ötən mövsümü 7-ci sırada bitirən “Diosqyori” hazırda davam edən çempionatda isə 4 oyundan sonra 3 xalla 11-ci yerdə qərar tutub.
Qeyd edək ki, "Qarabağ" Antalyada ilk oyununu Almaniyanın "Rot-Veyss Essen" klubuna qarşı keçirib və 1:0 hesablı qələbə qazanıb. Azərbaycan çempionu yanvarın 23-də "Admira Vakker" (Avstriya) və "Yaqelloniya" (Polşa) ilə qarşılaşacaq.
Antalya
Yoxlama oyunu
20 yanvar
Qarabağ (Azərbaycan) - Diosqyori (Macarıstan) 4:0
Qollar: Maksim Medvedev, 29. Muarem Muarem, 52. Rahid Əmirquliyev, 58. Bədavi Hüseynov, 73.
Qarabağ: İbrahim Şehiç (Şahruddin Məhəmmədəliyev), Maksim Medvedev, Bədavi Hüseynov (İlqar Qurbanov), Rəşad Saqıdov, Azər Salahlı (Coşqun Diniyev), Qara Qarayev (Ansi Aqolli), Dani Quintana (Elvin Məmmədov), Rahid Əmirquliyev (Elvin Yunuszadə), Riçard Almeyda (Elgün Uluxanov), Cavid Tağıyev (Əlhərbi Əl Jadeyui), Muarem Muarem.
Diosqyori: İvan Radoş, Drajen Okuka, Zoltan Liptak, Qabor Kovaç, Milan Nemes, Tomaş Egerşegi, Partik Baksa, Vladimir Koman, İstvan Boqnar, David Barkji, Soma Novotni.
Hakimlər: Erhan Kaya, Ömer Kaya, Okan Sönmez.
"Kaya Palazzo" otelinin meydançası.
Fanat.az