Yeni transferi “Qarabağ”da ilk məşqə çıxdı

Yeni transferi “Qarabağ”da ilk məşqə çıxdı

“Qarabağ” bu gün qış fasiləsindən sonra ilk məşqinə çıxıb.

Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Bakıda bir araya gəlib.

“Azərsun Arena”da baş tutan yeni ilin ilk məşqində komandanın yeni transferi Aleksey İsayev də iştirak edib.

Xatırladaq ki, Ağdam təmsilçisinin qış toplanışı Bakıda baş tutacaq. Hazırlıq çərçivəsində bir yoxlama oyunu keçiriləcək. Son çempion “Zirə” ilə görüşəcək. Bu matç yanvarın 15-də təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər