"Barselona"nın hücumçusu Lamin Yamal dünyanın ən yaxşı futbolçusu olmaq qabiliyyətinə malikdir".
Fanat.Az xəbər verir ki, bu fikirləri "Napoli"nin baş məşqçisi Françesko Kalzona deyib.
UEFA-nın rəsmi saytı bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində "Barselona" ilə üz-üzə gələcək İtaliya təmsilçisinin çalışdırıcısının matç ərəfəsindəki sözlərini belə çatdırıb:
"Yamalda dünyanın ən yaxşı oyunçusu olmaq üçün bütün keyfiyyətlər var. O, gənc futbolçudur, lakin artıq təcrübəlidir".
Qeyd edək ki, "Barselona" - "Napoli görüşü bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk oyunda heç-heçə qeydə alınıb – 1:1.
16 yaşlı Yamalın "Barselona" ilə müqaviləsinin müddəti 2026-cı ilə qədər qüvvədədir.
Mirağa