Xviça "Napoli"ni bu kluba dəyişə bilər - SON DURUM

Xviça "Napoli"ni bu kluba dəyişə bilər - SON DURUM

"Napoli"nin hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya yayda komandasını dəyişə bilər. 

Fanat.Az "Il Mattino"-ya istinadən xəbər verir ki, Fransanın PSJ klubu futbolçunun xidmətində maraqlıdır. 

Xəbərə görə, parislilər Kilian Mbappenin gedişindən sonra hücumu məhz gürcü vingerlə gücləndirmək istəyirlər. 

Neapol klubu Xviçanı komandanın ən vacib oyunçularından biri hesab etsələr də, onu 100 milyon avroya buraxmağa hazırdır.

Kvaratsxeliya bu mövsüm İtaliya A Seriyasında 28 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Xviça ilə "Napoli" arasında hazırki müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər