"Napoli"nin gürcü vingeri Xviça Kvaratsxeliyanın agenti Mamuka Cuqeli müştərisinin cari mövsümün sonunda "Neapol" təmsilçisindən ayrıla biləcəyini deyib.
Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" onun sözlərini belə çatdırıb:
"Napoli" rəhbərliyi ilə sıx əlaqədəyik. Gələcəkdə nə olacağına baxacağıq. Başqa klub "Napoli" bosslarının vaz keçə bilməyəcəyi məbləğdə pul təklif etsə, Xviça gedəcək. Dəqiq məbləğ barədə danışa bilmərəm. Qiyməti De Laurentis ("Napoli"nin prezidenti) qoyacaq. Hər şey mayda bilinəcək".
Qeyd edək ki, Kvaratsxeliya 2022-ci ilin yayından İtaliya təmsilçisinin formasını geyinir. Cari mövsüm neapolluların forması ilə bütün turnirlərdə 35 matça çıxan ön xətt oyunçusu 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Xviçanın transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.