Xviça "Napoli"də qalıb-qalmayacağı barədə nə dedi?

Xviça "Napoli"də qalıb-qalmayacağı barədə nə dedi?

"Napoli"nin gürcü hücumçusu Xviça Kvaratsxeliya Neapol təmsilçisindəki gələcəyi barədə barədə sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, DAZN onun dediklərini belə çatdırıb:

"Napoli" azarkeşləri rahat ola bilərmi? Əlbəttə, onların narahatlığına heç bir əsas yoxdur. Mən "Napoli"ni sevirəm".

Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğlu olan Xviçanın "Napoli" ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. O, 2022-ci ilin yayından indiki komandasındadır. Sözügedən vinger 2022/23 mövsümündə A Seriyasının ən yaxşı futbolçusu elan edilib. Son "futbol ili"ndə "Napoli" forması ilə ümumilikdə 42 matça çıxan Xviça 14 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı İtaliya çempionu olan gürcünün transfer qiymətini 85 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər