Topaz Premyer Liqasında XVI turun rəmzi komandası açıqlanıb. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı komandasında "Qarabağ"ın üstünlüyü var.
"Neftçi"ni 3:1 hesabı ilə yenib liderliyi geri alan Ağdam klubunun 6 üzvü "11-liy"ə düşüb. "İnter" 2, "Xəzər Lənkəran", "Neftçi" və "Qəbələ" 1 futbolçu ilə rəmzi komandada təmsil olunub.
"Qarabağ"ın braziliyalı uzvü Çumbinyo ardıcıl üçüncü dəfə rəmzi komandaya düşüb. "İnter"in qapıçısı Georgi Lomaya isə ardıcıl ikinci turda ən yaxşı "11-lik"də yer alıb.
Qapıçı: Georgi Lomaya (İnter).
Müdafiəçilər: Ansi Aqolli (Qarabağ), Rasim Ramaldanov (Xəzər Lənkəran), Brüs Abdulaye (İnter), Mahir Şükürov (Neftçi).
Yarımmüdafiəçilər: Muarem Muarem (Qarabağ), Qara Qarayev (Qarabağ), Corc Leroy (Qarabağ), Çumbinyo (Qarabağ).
Hücumçular: Reynaldo Silva (Qarabağ), Daniel Subotiç (Qəbələ).
Fanat.az