Xorxe Mendeşdən "Real Madrid"ə gözlənilməz transfer təklifi

Xorxe Mendeşdən "Real Madrid"ə gözlənilməz transfer təklifi

Yay transfer pəncərəsinin yaxınlaşması ilə Avropa futbolunda böyük səs-küy yaradacaq iddialar gündəmə gəlməyə başlayıb.

Fanat.Az xəbər verir ki, İspaniyanın "El Nacional" nəşrinin yaydığı məlumata görə, məşhur superagent Xorxe Mendeş müştərisi Ruben Diaşı "Real Madrid" klubuna təklif edib.

Portuqaliyalı ulduz müdafiəçinin "Mançester Siti"dən ayrılmaq istədiyi və agentinə yeni klub tapmağı tapşırdığı bildirilir.

Cari mövsümdə "şəhərlilər"in heyətində Premyer Liqada stabilliyi ilə seçilən Diaşın transferi üçün Mendeş "Santyaqo Bernabeu" rəhbərliyi ilə əlaqələri yenidən gücləndirməyə çalışır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər