"Barselona"nın baş məşqçisi Xavi, "Napoli"nin futbolçusu Kalidu Kulibalini komandasının mərkəz müdafiəsinə əsas seçim olaraq görür.
Fanat.Az xəbər verir ki, informasiya AS nəşrinə məxsusdur.
Mənbənin məlumatına görə, 42 yaşlı mütəxəssisi Kulibalinin fiziki göstəriciləri cəlb edir.
"Barselona" futbolçunun agenti ilə əlaqə saxlayıb və ondan Kulibalinin Neapolitan klubu ilə müqaviləsinin müddətini uzatmamağı xahiş edib.
30 yaşlı müdafiəçi 2014-cü ildən "Napoli"də çıxış edir. Seneqal əsilli fransalı futbolçui bu mövsüm A Seriyasında 24 oyuna çıxıb, 3 qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Emin