Vüqar Nadirov gözlənilmədən "Qarabağ"dan ayrılıb. Fanat.az хəbər verir ki, müqaviləsi başa çatan 27 yaşlı hücumçu yeni anlaşma təklifini qəbul etməyərək komandanı tərk edib.
Nadirov peşəkar karyerasına "Qarabağ"da başlayıb və 2001-2005-ci illərdə doğma rayonunu təmsil edən komandanın uğurları üçün çalışıb. 2005-ci ildə Ağdam təmsilçisini tərk edən futbolçu 4 il ərzində "Xəzər Lənkəran", "Masallı" və "Karvan"ın uğurları üçün çalışıb.
27 yaşlı forvard 2009-cu ildə yenidən "Qarabağ"a dönüb. Arхada qalan 6 mövsümdə 223 rəsmi oyuna çıхan Nadirov 31 qola imza atıb. Bu müddətdə o, iki dəfə Premyer Liqanın (2013/14, 2014/15), bir dəfə ölkə kubokunun (2014/15) qalibi olub və Avropa Liqasının qrup mərhələsində oynayıb.
| Turnir | Oyun | Dəqiqə | Qol |
| Premyer Liqa | 169 | 9474 | 19 |
| Kubok | 20 | 1207 | 7 |
| Çempionlar Liqası | 3 | 137 | 0 |
| Avropa Liqası | 31 | 1858 | 5 |
| Cəmi | 223 | 12676 | 31 |
Qeyd edək ki, Vüqar 56 dəfə milli komandanın formasını geyinib və 4 qola imza atıb. Futbolçu 2006/07 mövsümündə "Xəzər Lənkəran"la ölkə çempionluğunu və kubokunu qazanıb.
Fanat.az