"Qarabağ"ın yetirməsi olan Vüqar Nadirov yenidən doğma komandasına qayıdıb.
Fanat.az xəbər verir ki, futbolçu ilə bir illik müqavilə imzalanıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, Vüqar Nadirov ötən yay "Qarabağ”ı tərk edərək əvvəlcə "Xəzər Lənkəran”a, sonra "Qəbələ”yə və nəhayət, "İnter”ə keçib. O, 2001-2005 və 2009-2015-ci illərdə çıxış etdiyi "Qarabağ"la 2 dəfə Azərbaycan çempionu (2013/14, 2014/15) və bir dəfə ölkə çempionu olub (2014/15)
Fanat.az