Visente Qomez: "Neftçi" ilə matçda üç xalı istəyirik"

Visente Qomez: "Neftçi" ilə matçda üç xalı istəyirik"
"Komanda hazırlıqlarını davam etdirir. Koronavirusdan sağalan bir neçə futbolçu komandaya qoşulub və onlar artıq məşqlərdə iştirak edirlər".
Fanat.Az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Visente Qomez deyib.
49 yaşlı mütəxəssis komandanın bu gün növbəti dəfə koronavirus testindən keçəcəyini bildirib. İspaniyalı baş məşqçi Premyer Liqanın XII turunda evdə "Neftçi"yə qarşı matça qələbə üçün çıxacaqlarını söyləyib: "Həftəsonu bizi çox çətin oyun gözləyir. Rəqib yüksək səviyyəli komandadır. 3 xal əldə etmək üçün diqqətli olmalı və çox yaxşı oynamalıyıq".
Qeyd edək ki, dekabrın 20-də keçiriləcək "Sabah" - "Neftçi" oyunu saat 17:15-də başlayacaq.
Mənbə: report.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər