Virts "Mançester Siti"yə keçməkdən niyə imtina edib?

Virts "Mançester Siti"yə keçməkdən niyə imtina edib?

"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virtsin "Mançester Siti"yə keçməkdən niyə imtina etdiyinin səbəbi açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" yayıb.

Məlumata görə, 22 yaşlı futbolçu baş məşqçi Xosep Qvardiolanın İngiltərə nəhəngindəki gələcəyi sual altında olduğu üçün risk etmək istəməyib. Mənbə Virtsin "Liverpul"un vəziyyətini daha sabit saydığını və bu komandaya qoşulmaq istədiyini vurğulayıb.

Qeyd edək ki, Qvardiolanın "Mançester Siti", Arne Slotun isə "Liverpul" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Daha öncə ispaniyalı çalışdırıcı sözləşməsi başa çatandan sonra "şəhərlilər"lə vidalaşacağına eyham edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər