"Mövqeyimizi qorumaq istəyirik"
Əvvəlki illərdə qrup mərhələsinin ilk səfər oyunlarında əziyyət çəkdiklərini xatırladan komandanın ispan futbolçu bu dəfə yaxşı nəticəyə ümid etdiklərini söyləyib: "Əvvəlki təcrübələr göstərir ki, bu turnirdə istənilən rəqibi məğlub etmək çox çətindir".
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidi.