Xəbər verdiyimiz kimi, "Barselona"dan ayrılan Arda Turan "Başakşəhər"lə müqaviləyə imza atıb.
Fanat.Az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde sabiq futbolçusu ilə bağlı açıqlama verib:
"Futbol belə oyundur. Məşqçilər seçim etməli olur. Arda yaxşı futbolçudur. Ancaq bəzən seçiminiz fərqli olur. "Barselona"da möhtəşəm futbolçular var və burada yer almağın çətin olduğunu anlamaq lazımdır. Ardaya Türkiyədə uğurlar arzu edirəm.
Qeyd edək ki, Ernesto Valverdenin "Barselona"ya keçidindən sonra Arda Turan heç bir oyunda yer almayıb.
Fanat.Az