UYAFA-nın prezidenti "Araz-Naxçıvan"ın düşərgəsində

UYAFA-nın prezidenti "Araz-Naxçıvan"ın düşərgəsində

UYAFA (Uluslararası Yetenek Avcıları Futbol Akademiyası) prezidenti Özcan Şimşək və UYAFA Palandöken Kuboku baş koordinatoru Ali Güney Ərzurumda təlim-məşq toplanışında olan "Araz-Naxçıvan"nın düşərgəsini ziyarət edib.

Fanat.Az muxtar respublika klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan Futbol Federasiyasının vitse-prezidenti və klubun İdarə Heyətinin sədr müavini Sakit Rzayevlə görüşən akademiya nümayəndələri daha sonra “Araz-Naxçıvan” - “Amasyaspor” yoldaşlıq görüşünü izləyiblər. 

UYAFA-nın prezidenti "Araz-Naxçıvan"ın düşərgəsində

Tərəflərin görüşündən sonra "Araz-Naxçıvan"ın U-13 komandası 2023-cü ildə Ərzurumda keçiriləcək Beynəlxalq UYAFA Palandöken Kubokuna dəvət alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər