"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, dünən "Horn"la ilk yoxlama oyununa çıxan Ağdam klubu bu gün istirahət edib.
Baş məşqçi Qurban Qurbanov 13 günlük aradan sonra futbolçulara istirahət şansı yaradıb. Sabaha komandanın iki məşqi nəzərdə tutulub.
Sentyabr ayında "Sent-Etyenn"lə oyunda zədələnərək sıradan çıxan Cumbinyo da artıq komandanın düşərgəsindədi. Braziliyalı dünən "Qarabağ"ın məskunlaşdığı otelə gəlib.
Qeyd edək ki, "Qarabağ" növbəti yoxlama oyununa iyulun 3-də çıxacaq. Rəqib Ruminiya "Styaua"sı olacaq.
Fanat.az