"Qarabağ" Çempionlar Liqasında debüt edib. Fanat.az xəbər verir ki, Ağdam klubu dünən Maltada "Valletta"nın qonağı olub və 1:0 hesablı qələbə qazanıb.
Qarşılaşmanın 17-ci dəqiqəsində fərqlənən Çumbinyo "Qarabağ"ın tarixinə düşüb. Belə ki, o, komandanın Çempionlar Liqasında ilk və hələlik son qolunu vurub.
Başqa bir braziliyalı Danilo Dias isə "Qarabağ"da debüt edib. 72-ci dəqiqədə Muarem Muaremi əvəzləyən yeni transfer ilk rəsmi oyununa çıxıb.
Fanat.az