Yunanıstan mətbuatı Çumbinyonun "Qarabağ"dan ayrılacağı ilə bağlı xəbərlər yaymaqda davam edir. Fanat.az xəbər verir ki, Ağdam klubu bu informasiyaları təkzib etsə də, həmkarlarımız az qala hər gün ortaya yeni iddia atır.
Bu dəfə "Sentragoal" portalı Çumbinyonun ölkəmizi tərk edəcəyini yazıb və səbəbini açıqlayıb: "Çumbinyonun həyat yoldaşı Azərbaycanda qalması üçün uzunmüddətli viza ala bilmir. Bu səbəbdən futbolçu pis psixoloji vəziyyətdədi.
Həmçinin, futbolçunun müqaviləyə xitam təqdirində “Qarabağ”a 250 min avro ödəmək niyyətində olmadığı, ancaq tərəflərin 100 min avro məbləğində razılığa gəldiyi barədə də məlumat yayılıb.
Fanat.az