Ukraynalı müdafiəçi "Arsenal"ın toplanışına niyə qatılmayıb? - Arteta açıqladı

Ukraynalı müdafiəçi "Arsenal"ın toplanışına niyə qatılmayıb? - Arteta açıqladı

London "Arsenal"ının baş məqşçisi Mikel Arteta komandanın ukraynalı müdafiəçisi Aleksandr Zinçenkonun niyə mövsümöncəsi toplantıya qatılmadığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, ispan mütəxəssis arxa xətt oyunçusunun yenidən zədələndiyini bildirib:

"Təəssüf ki, Zinçenko yenə əzələsindən xəsarət alıb. O, bərpa prosesi keçir və tezliklə sıralarımıza dönəcək. Amma toplanışa qatıla bilməməsi üzücü məqamdır".

Qeyd edək ki, Zinçenko ötən mövsüm müxtəlif zədələr səbəbindən ümumilikdə 17 matçda "Arsenal"a kömək edə bilməyib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər