Ukrayna futbolunun canlı əfsanəsi: "Qarabağ" məni təəccübləndirdi

Ukrayna futbolunun canlı əfsanəsi: "Qarabağ" məni təəccübləndirdi

Ukrayna futbolunun canlı əfsanəsi Viktor Qraçov "Qarabağ" - "Dnepr" oyunu ilə bağlı fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, Ukraynanın əməkdar məşqçisi Azərbaycan çempionunun onu təəccübləndirdiyini bildirib.

"Şaxtyor"un sabiq hücumçusu oyun haqda fikirlərini bu cür çatdırıb: "Tərəflərdən heç birinə asan olmadı. Kiyevdə bəxt "Qarabağ"ın üzünə güldü, Bakıda "Dnepr"in. Etiraf edim ki, Azərbaycan klubu məni təəccübləndirdi. Keyfiyyətli komandadı, top saxlamağı bacarırlar, kəskin ötürmələr verə bilirlər, mövqe seçməyi bacarırlar. Ancaq funksional baxımdan "Dnepr"dən geri qalırlar. Ümumilikdə ukraynalıların səviyyəsi daha yüksəkdir. Dnepropetrovsklular "Şaxtyor"la qarşılaşmanı göz önünə almadıqları üçün tərifə layiqdirlər. Çünki belədə, adətən hər iki qarşılaşmadan məğlub ayrılırsan. Kaliniçi də xüsusi qeyd etmək istəyirəm. Hiss olunurdu ki, Kiyev "Dinamo"su ilə oyunda Nikola çatmır. İndi "Şaxtyor"la oyuna "Dnepr" yaxşı əhval-ruhiyyədə çıxacaq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər