UEFA "Qarabağ"ın oyunları ilə bağlı qərarını açıqlayıb. Fanat.az xəbər verir ki, təmsilçimizin ev oyunları saat 21.00-da başlayacaq.
Qeyd edək ki, Avropa Liqasının proqramına əsasən qrup mərhələsinin oyunları iki fərqli saatda başlayır - Bakı vaxtı ilə 22.00 və 00.05. Lakin saat fərqinə görə bəzi qarşılaşmaların vaxtı dəyişdirilir.
Beləliklə, "Sent-Etyen"lə sentyabrın 18-də, "Dnepr"lə noyabrın 6-da, "İnter"lə isə dekabrın 11-də tutaşacaq oyunlar saat 21.00-da start götürəcək.
Fanat.az