UEFA "Qarabağ"ın rəqibini belə cəzalandırdı

UEFA "Qarabağ"ın rəqibini belə cəzalandırdı

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Elfsborq" (İsveç) cərimələnib.

Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın rəsmi saytı yayıb.

Skandinaviya təmsilçisi "Roma"ya qalib gəldikləri matçda (1:0) - Avropa Liqasının Liqa mərhələsinin II turunun oyununda yerli azarkeşlər pirotexniki vasitələrdən istifadə etdiklərinə görə 50000 avro ödəyəcək.

Klubun avrokuboklardakı ev oyunlarında qapı arxasındakı tribunaların qismən bağlanmasına da qərar verilib. "Elfsborq"a 2 illik sınaq müddəti də qoyulub.

Qeyd edək ki, "Qarabağ" "Elfsborq"la dekabrın 11-də səfərdə üz-üzə gələcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər