Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Zalsburq" - "Qarabağ" matçının hakimləri müəyyənləşib. Fanat.az xəbər verir ki, avqustun 6-da "Red Bull Arena"da baş tutacaq görüşü şotlandiyalı hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Robert Madden olacaq. Ona həmyerliləri Qraham Çambers və Alastair Mazer köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Brian Kolvin yerinə yetirəcək.
Oyunun hakim-inspektoru Peter Froydfeld, UEFA nümayəndəsi isə Roy Katkart olacaq.
Qeyd edək ki, avqustun 6-da Avstriyada keçiriləcək "Zalsburq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23.30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanmışdı.
Fanat.az