UEFA "Qarabağ"ı isveçrəlilərə tapşırdı

UEFA "Qarabağ"ı isveçrəlilərə tapşırdı
Çempionlar Liqasının II təsnifat mərhələsində baş tutacaq "Valletta" - "Qarabağ" oyununa təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA qarşılaşmanı isveçrəlri hakimlərə tapşırıb.
İyulun 15-də Maltadakı "Ta Qali" stadionunda baş tutacaq matçı isveçrəli FIFA referisi Adrian Cakkottet idarə edəcək. Oyunun UEFA nümayəndəsi İtaliyadan, hakim-inspektoru Lüksemburqdan olacaq.
Hakimlər: Adrian Cakkottet, Yohannes Vogel, Stepan De Almeyda, Sandro Şkarer (İsveçrə).
Hakim-inspektor: Alain Hamer (Lüksemburq).
UEFA nümayəndəsi: Serxio Di Cesare (İtaliya).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər