UEFA "Qarabağ"ı belaruslu hakimlərə tapşırdı

UEFA "Qarabağ"ı belaruslu hakimlərə tapşırdı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 2-də keçiriləcək "İnter" - "Qarabağ" oyununa təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA matçı belaruslu hakimlərə tapşırıb.

Qarşılaşmanın baş hakimi Aleksey Kulbakov olacaq. Ona Dmitri Juk və Andrey Hetsikau yardım edəcək. Dördüncü hakim Oleq Maslianka, əlavə hakim köməkçiləri funksiyasını Sergey Tsinkeviç və Dzianis Şkarbaku yerinə yetirəcək.

UEFA nümayəndəsi portuqaliyalı Joze Guilherme Aquyar, hakim-inspektor belçikalı Frank De Bleekere olacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər