UEFA "Qarabağ" - "Valletta" oyununun hakimlərini dəyişdi

UEFA "Qarabağ" - "Valletta" oyununun hakimlərini dəyişdi
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Valetta" (Malta) oyununa hakimləri dəyişdirilib. Fanat.az xəbər verir ki, buna səbəb cütün qalibinin növbəti mərhələdə Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşmasıdı.
Belə ki, UEFA "Qarabağ" - "Valletta" oyununu Avstriyadan olan hakimlər briqadasına həvalə etmişdi. Matçın baş hakimi Aleksandr Harkam olmalı, ona Andreas Vitsşiglə Andreas Staudinger yardım etməli idi. Dördüncü hakim funskiyasını Rene Aysner yerinə yetirəcəkdi.
III təsnifat mərhələsinin püşkatmasından sonra təyinatları dəyişən UEFA oyunu belaruslu hakimlər briqadasına tapşırıb. Qarşılaşmada ədaləti Sergey Sinkeviç qoruyacaq. Ona Yevgeni Romanovla Vitali Maliutsin yardım edəcək. Dördüncü hakim isə Denis Şerbakov olacaq.
Görüşün UEFA nümayəndəsi və hakim-inspektoru isə dəyişməyib.
Qarabağ (Azərbaycan) - Valletta (Malta)
Hakimlər: Sergey Sinkeviç, Yevgeni Romanov, Vitali Maliutsin, Denis Şerbakov (Belarus).
UEFA nümayəndəsi: Adrian İxari (Makedoniya).
Hakim-inspektor: Levan Paniashvili (Gürcüstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionunda. Saat 21.30.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər