UEFA "Qarabağ"la bağlı paylaşım edib

UEFA "Qarabağ"la bağlı paylaşım edib

UEFA Konfrans Liqasının rəsmi "Twitter" hesabı növbəti dəfə "Qarabağ" klubu haqqında paylaşım edib.

Fanat.Az xəbər verir ki, budəfəki post, komandanın Kadi Borgesin qolları ilə "Neftçi"ni Premyer Liqanın XV turunda 2:1 hesabıyla məğlub etməsinə və ən yaxın izləyicisi "Qəbələ"ylə xal fərqini 10-a çatdırmasına həsr olunub.  

Qeyd edək ki, Azərbaycan təmsilçisi UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə üz-üzə gələcək. Komanda ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər