UEFA "Qarabağ"ın legionerini fərqləndirdi

UEFA "Qarabağ"ın legionerini fərqləndirdi

UEFA Konfrans Liqasının rəsmi "Twitter" səhifəsi "Qarabağ"ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib.

Fanat.Az xəbər verir ki, qitə futbol qurumunun sosial şəbəkə hesabında braziliyalı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"yə vurduğu qolu bayram edərkən çəkilmiş fotosu yerləşdirilib.

Fotoya belə bir sual da əlavə olunub: "O, "Qarabağ"da cari mövsümün əsas oyunçusu ola bilərmi"?

"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində "Olimpik Marsel" ilə qarşılaşacaq. Ağdam klubu ilk oyunu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də evdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər